AZ

Le Monde: “Anorbank”ın sahibi Parisdə qaçırılıb

ain.az, Dogru.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naməlum şəxslər Özbəkistana məxsus “Anorbank” bankının sahibi Kahramonjon Olimovu Fransanın paytaxtı Parisdə oğurlayıblar.

Doğru.az xəbər verir ki, bu barədə məlumatı Fransanın nüfuzlu “Le Monde” qəzeti yayıb. Nəşrin məlumatına görə, bankir bir neçə gün ərzində girov saxlanılıb və yalnız fidyə ödənildikdən sonra azadlığa buraxılıb.

Fransa hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb, istintaq çərçivəsində adam oğurluğunda şübhəli bilinən şəxslər artıq axtarışa verilib. Məlumata əsasən, Kahramonjon Olimov saxlanıldığı müddətdə döyülüb və zorakılıqla hədələnib. Onun bədənində çoxsaylı qançır və əziklər aşkarlanıb.

Qeyd edək ki, bir müddət əvvəl Polşanın RMF FM radiostansiyası miqrantları oğurlayan və ukraynalılardan ibarət dəstənin ifşa edildiyini bildirmişdi.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
4
dogru.az

5Mənbələr