AZ

Azərbaycanın Türkiyəyə qeyri-neft sektoru üzrə ixracı 9%-dək azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan cari ilin yanvar-may aylarında Türkiyəyə 251 milyon 363 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 3 milyon 521 min dollar və ya 5,1% azdır. 

Ötən ilin eyni dövründə Türkiyəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 264 milyon 884 min dollar təşkil edib. 

Hesabat dövründə Türkiyə Azərbaycanın ikinci əsas qeyri-neft idxalçısı olub.

Qeyd edək ki, hazırda Azərbaycanın ən böyük qeyri-neft idxalçısı isə Rusiyadır (442,9 milyon dollar). 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
3
13
banco.az

6Mənbələr