AZ

Ambulator travmaların düzgün müalicəsi xəstənin daha qısa zamanda sağalmasına şərait yaradır - Rəşad Bədəlov (FOTO)

Bakı. Trend:

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya va Ortopediyaİnstitutunun şöbə müdiri, travmatoloq Rəşad Bədəlov nazirliyinrəsmi saytına müsahibə verib.

Trendhəmin müsahibəni təqdim edir:

- Rəşad müəllim, ilk olaraq bilmək istərdik ki, ambulator travmanədir və bu travmalara hansı hallar daxildir?

- Ambulator travmalar insanın gündəlik fəaliyyəti zamanı aldığı,lakin hospitalizasiya tələb etməyən zədələrdir. Bu travmalar yüngülvə orta dərəcəli olmaqla fərqlənir. Adətən evdə, iş yerində, idmanzamanı və ya nəqliyyat qəzaları nəticəsində baş verir.
Ambulator travmalar arasında ən çox rast gəlinən hallara yüngülsınıqlar, burxulmalar, bağ və əzələ dartılmaları, qançırlar, yumşaqtoxuma zədələri, kəsiklər, yanıqlar və oynaq zədələri aiddir. Butip travmaların vaxtında və düzgün müalicə edilməsi vacibdir. Əkshalda ciddi fəsadlara səbəb ola bilər.
Müasir tibbi metodlar sayəsində ambulator travmaların əksəriyyətiuğurla müalicə edilə bilir. Burada əsas məqsəd zədənin ağırlıqdərəcəsini düzgün təyin etmək və effektiv müalicə planıhazırlamaqdır.

- Bu cür travmalara məruz qaldıqda, ilk olaraq nə etməklazımdır?

- İlk yardım travmanın nəticələrini yüngülləşdirmək və sağalmaprosesini sürətləndirmək üçün olduqca vacibdir. Hər travma növüüçün fərqli ilkin müdaxilə üsulları mövcuddur.
Ağrı olan travmalarda, həkim tərəfindən ağrıkəsicilər təyinolunmalı və xəstənin vəziyyəti izlənməlidir. Travma növünə uyğunolaraq, dərmanlar və digər tibbi müdaxilələr tətbiqedilməlidir.

- Travmaların diaqnostikası necə aparılır? Müayinə metodlarıbarədə daha ətraflı məlumat verərdiniz…

- Ambulator travmaların düzgün müalicəsi üçün onlarındiaqnostikası dəqiq və vaxtında aparılmalıdır. İlk olaraq, həkimtravma nahiyəsini fiziki müayinə edir və xəstənin şikayətlərinidinləyir. Sümük və oynaq travmalarında əsasən rentgen müayinəsitətbiq edilir, çünki bu üsul sümük sınıqlarını və oynaqlardadəyişiklikləri müəyyən etməyə imkan verir.
Əgər yumşaq toxumaların zədələnməsi ehtimal olunursa, ultrasəsmüayinəsi aparılır. Bu, bağ və əzələlərin vəziyyətini yoxlamağakömək edir. Daha mürəkkəb hallarda, xüsusilə menisk, qığırdaq vəbağ travmalarının dəqiq qiymətləndirilməsi üçün maqnit rezonanstomoqrafiyası (MRT) tətbiq edilir.
Bəzi hallarda kompüter tomoqrafiyası (KT) sümük zədələrinin dahadetallı görüntüsünü əldə etmək üçün istifadə olunur. Əgərsinir-əzələ sistemində problem varsa, elektromioqrafiya (EMQ) iləsinir və əzələlərin fəaliyyəti yoxlanılır.
Müayinə metodlarının düzgün seçilməsi travmanın ağırlıq dərəcəsinidəqiq müəyyən etməyə və xəstə üçün optimal müalicə planıhazırlamağa imkan verir.

- Travmalarda fiksasiya necə aparılmalıdır?

- Fiksasiya travmanın düzgün sağalması üçün əsas şərtlərdənbiridir. Zədələnmiş nahiyənin hərəkətsiz saxlanması sümük vətoxumaların bərpa olunmasını sürətləndirir. Yüngül burxulmalardaelastik sarğı və ya xüsusi bandajlardan istifadə edilir. Bu dahəmin hissənin stabil qalmasını təmin edir. Sınıqlar zamanı sümüyünbitişməsini düzgün şəkildə təmin etmək üçün gips tətbiq olunur.Gips travmanın növündən asılı olaraq qismən və ya tam formalı olabilər.
Bağ və əzələ travmalarında hərəkəti məhdudlaşdırmaq məqsədiləortopedik longetlər və xüsusi immobilizasiya cihazları tətbiqedilir. Daha ciddi sınıqlarda isə metal implantlar və yafiksatorlar istifadə oluna bilər.
Müasir dövrdə 3D texnologiyalar əsasında hazırlanan fərdi longetlərvə immobilizasiya vasitələri də tətbiq olunur. Bu vasitələrxəstənin anatomik quruluşuna uyğun dizayn edildiyi üçün dahaeffektiv nəticə verir.

- Müasir travmatologiyada hansı yeni müalicə metodları tətbiqolunur?

- Müasir travmatologiyada bir çox innovativ müalicə üsullarıistifadə edilir. Bunlardan biri trombositlə zəngin plazma (PRP)terapiyasıdır. Bu metod hüceyrə regenerasiyasını aktivləşdirərək,toxumaların sağalma müddətini xeyli sürətləndirilir.
Sümük və toxumaların bərpa prosesini stimullaşdırmaq üçün şok dalğaterapiyası da geniş yayılıb. Bu üsul xüsusilə xroniki bağ zədələrivə gec sağalan sümük sınıqları üçün tətbiq edilir.
Minimal invaziv cərrahiyyə isə travma zamanı ən az kəsikləəməliyyat olunma imkanı yaradır ki, bu da xəstənin daha tezsağalmasına kömək edir.

- Travmalardan sonra fizioterapiyanın əhəmiyyəti nədir?

- Fizioterapiya travmalardan sonra hərəkət funksiyasını bərpaetmək və ağrını azaltmaq üçün ən vacib metodlardan biridir. Müalicəprosesində manual terapiya tətbiq edilir. Bu da zədələnmişəzələlərin və oynaqların funksiyasını bərpa etməyə kömək edir.
Əzələ gücünü artırmaq və hərəkətliliyi bərpa etmək üçün müalicəviidman hərəkətləri təyin olunur. İltihabın və ağrının azalmasınakömək etmək üçün lazer terapiyası, ultrasəs terapiyası vəelektroterapiya (TENS və EMS) kimi metodlardan istifadə edilir.
Xroniki bağ və əzələ travmalarında isə şok dalğa terapiyası dahaeffektiv nəticələr verir. Bu metod problemli toxumalarda qandövranını artıraraq onların daha tez bərpasını təmin edir.

- Gündəlik həyatda bu cür travmalardan necə qorunmaq olar?

- Travmaların qarşısını almaq üçün bəzi sadə, amma effektivtədbirlər var. İlk növbədə, idmandan əvvəl isinmə hərəkətləri etməkvacibdir, çünki bu, əzələləri və oynaqları hərəkətə hazırlayır.
Hərəkət zamanı sürüşkən olmayan, ortopedik ayaqqabılardan istifadəetmək travmaların qarşısını almağa kömək edir. Fiziki fəaliyyətzamanı qoruyucu vasitələrdən istifadə edilməli, evdə və iş yerindətəhlükəsizlik tədbirləri görülməlidir.
Bundan əlavə, sümük və əzələlərin sağlamlığını qorumaq üçün Dvitamini və kalsiumla zəngin qidalar qəbul edilməlidir. Qidalanmayadiqqət etmək, sağlam həyat tərzi keçirmək və düzgün idmanmetodlarından istifadə etmək travma riskini əhəmiyyətli dərəcədəazaldır.
Nəticə olaraq, ambulator travmaların düzgün müalicəsi xəstənin dahaqısa zamanda sağalmasına şərait yaradır. Müasir fizioterapiya vəreabilitasiya üsulları sayəsində isə fəsadların qarşısını almaq vənormal həyat fəaliyyətinə daha tez qayıtmaq mümkündür.

Ambulator
Ambulator
Seçilən
11
50
az.trend.az

10Mənbələr