AZ

İran ABŞ-a raket hücumu üçün məndən icazə aldı

İranın nüvə obyektləri tamamilə dağıdılıb və buna cavab olaraq Tehran hücuma 14 raketlə cavab vermək istədiyini ABŞ-a çatdırıb və bu raketlərin evakuasiya edilmiş Qətər bazasına atılmasına razılıq verilib.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“İranın nüvə zənginləşdirilməsi prosesi məhv edilib. CNN “bir az zədələnib” və ya “bəlkə də çox zədələnib” deyirdi, amma indi onun həqiqətən məhv olduğu sübut olunub”, - o əlavə edib.

Tramp İranın hücuma cavab olaraq ABŞ ilə əlaqə saxladığını və ABŞ mövqelərini atəşə tutmaq istədiyi barədə razılıq aldıqdan sonra buna əl atdığını bildirib:

“İran özünü çox hörmətli apardı, bu o deməkdir ki, bizə hörmət edirlər. İran dedi ki, sizə 14 dəfə atəş açacaq, mən onları başa düşdüyümü və öz işlərini görmələrini söylədim”.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Qətər bazasına buraxılan İran raketlərini cəmi dörd əsgərlə məhv edib.

Seçilən
7
50
axar.az

10Mənbələr