Azərbaycan millisinin portuqaliyalı baş məşqçisi Fernandu Santuş "Liverpul"un futbolçusu Dioqo Jotanın faciəvi ölümünə münasibət bildirib.
QOL.az "A Bola"ya istinadən xəbər verir ki, 70 yaşlı mütəxəssis həmyerlisi haqda xoş xatirələrinin çox olduğunu bildirib:
"İndi yalnız onun üçün çox dua edə bilərəm. Onun ailəsi haqqqında düşünürəm. Jota böyük oyunçu, lakin hər şeydən əvvəl əla insan idi. Belə vaxtlarda futbolçu haqqında danışmaq çətindir. Mən baş məşqçi olan vaxt Jota 22 yaşında yığmada debüt edib. Dünyanın ən yaxşı oyunçusu Kriştiano Ronaldonun kölgəsində qaldı, amma həmişə öz yerini tapdı. Milli komandada oynamağa can atırdı".
Qeyd edək ki, iyulun 3-də avtomobil qəzasında dünyasını dəyişən D.Jota Portuqaliya millisi ilə 2 dəfə Millətlər Liqasının qalibi olub.