AZ

Pakistan ordusu 30 terrorçunu zərərsizləşdirib

Son üç gün ərzində Əfqanıstandan Pakistana qaçaq yolla keçməyə çalışan 30 silahlı şəxs zərərsizləşdirilib...

APA xəbər verir ki, bu barədə Pakistan ordusu məlumat yayıb.

“Təhlükəsizlik qüvvələrimiz yüksək peşəkarlıq göstərərək ehtimal olunan bir fəlakətin qarşısını aldı”- məlumatda qeyd olunub.

Xatırladaq ki, ötən həftə Pakistanın Əfqanıstanla sərhəd bölgəsində terror aktı baş vermiş və nəticədə 16 Pakistan əsgəri həlak olmuşdu.

Rəsmi İslamabad bu cür terror aktlarının arxasında Hindistanın olduğunu iddia edir.

Poliqon.info

Seçilən
9
45
poliqon.info

10Mənbələr