“İnter” “Palmeyras”ın yarımmüdafiəçisi Riçard Riosu transfer etməkdə maraqlıdır.
İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı kolumbiyalı 2025-ci il klublararası dünya çempionatında çıxışı zamanı rəhbərliyin diqqətini çəkib.
2025-ci il mövsümündə Rios “Palmeyras”ın heyətində 34 matçda 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun müqaviləsi 31 dekabr 2028-ci ilə qədərdir.
“Transfermarkt” futbolçunun transfer dəyərini 16 milyon avro qiymətləndirir.