AZ

Market müdiri üzərinə oturdu: gənc qadın xilas ola bilmədi FOTO

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ–nin Los-Anceles şəhərində bir marketdə məhsul yerləşdirmə davasından sonra baş verən üzücü hadisə gənc qadının həyatı bahasına başa gəlib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Los-Anceles şəhərində 7-Eleven mağazasında baş verən dəhşətli hadisə gənc işçinin həyatı bahasına başa gəlib.

Məhsul yerləşdirmə ilə bağlı mübahisə nəticəsində meneceri tərəfindən hücuma məruz qalan, üzərində oturaraq nəfəssiz saxlayan 24 yaşlı Cessika Maklaflin 10 günlük yaşam mübarizəsini itirib.

Hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparılan Jessica beyninə oksigen çatmadığı üçün həyati funksiyalarını itirib. Həkimlər ailəsinə onun beyninin öldüyünü bildirib.

Hadisədən sonra qaçdığı təsbit edilən qadın müdirə qətldə şübhəli bilinərək order verilib. Los-Anceles Polis Departamenti istintaqı adam öldürmə detektivlərinə təhvil verib. Təhlükəsizlik kamerasının görüntülərinin araşdırıldığı bildirilib.

Gənc qadının ailəsi dəfn xərclərini qarşılamaq üçün GoFundMe kampaniyasına başlayıb. Kampaniya çərçivəsində indiyədək 30.000 dollardan çox vəsait toplanıb. Ailənin vəkili hadisəni izlədiklərini və ədaləti təmin etmək üçün bütün qanuni vasitələrdən istifadə edəcəklərini bildirib.

Hadisə ilə bağlı yazılı açıqlama verən 7- Eleven komandası “Ürəyimiz bu çətin dövrdə zərər çəkənlərin yanındadır”,- deyə bildirib. Şirkət şübhəlinin zərərsizləşdirilməsi və istintaqın davam etdirilməsi üçün hüquq-mühafizə orqanları ilə tam əməkdaşlıq etdiklərini bildirib.

Günel

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
50
icma.az

10Mənbələr