Rusiya Ombudsmanı Tatyana Moskalkova Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevaya Bakıda rusiyalıların saxlanması ilə bağlı vəziyyəti şəxsi nəzarətə götürmək xahişi ilə müraciət ünvanlayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə o öz Telegram kanalında yazıb.
Saxlanılan Rusiya vətəndaşları arasında "Sputnik-Azərbaycan"ın redaksiya heyətinin rəhbəri İqor Kartavıx, baş redaktor Yevgeni Belousov və proqramçı İlya Bezuqlı da var. Dominos pizza
Ombudsmanın sözlərinə görə, saxlanılma “həddindən artıq fiziki gücdən nümayişkaranə şəkildə istifadə” ilə müşayiət olunub. İlya Bezuqlının işində isə həbs “adam oğurluğuna bənzəyir”.
Tatyana Moskalkova şəkərli diabetdən əziyyət çəkən və "mövcud məlumatlara görə" lazımi dərmanlardan məhrum olan İqor Kartavıxın səhhəti ilə bağlı narahatlığını bildirib.
Xadırladaq ki, iyunun 30-da Azərbaycanda Sputnik Azərbaycan agentliyinin 7 əməkdaşı saxlanılıb. İyulun 1-də İqor Kartavıx və Yevgeni Belousov 4 ay müddətinə həbs edilib. Bu, mütəşəkkil cinayətkar qruplaşmada iştirakda şübhəli bilinən Azərbaycan diasporunun 8 nümayəndəsinin Yekaterinburqda həbsindən sonra baş verib. Onlardan ikisi sonradan dünyasını dəyişib. Azərbaycanda aparılan istintaq-əməliyyat ekspertizası onların çoxsaylı xəsarətlər nəticəsində dünyasını dəyişdiyini müəyyən edib. Rusiya tərəfinin məhkəmə-tibbi ekspertizası ölüm səbəbinin ürək çatışmazlığı olduğunu göstərib.
Telegram kanalımız