ain.az bildirir, Reyting.az portalına istinadən.
Türkiyədə güclü meşə yanğını Silivri (Mərmərə bölgəsində sahil şəhəri) ətrafında 50 evin sakinlərini təxliyə etmək məcburiyyətində qoyub. Yanğınla mübarizəyə təxminən 700 nəfər və 7 təyyarə qoşulub.Reyting.az xəbər verir ki, yanğın iyulun 2-də başlayıb. Səlahiyyətlilər buna səbəb kimi sakinlərdən birinin yandırdığı manqal alovunun meşəyə keçməsi olduğunu güman edirlər. Şübhəli şəxs saxlanılıb. Hazırda yanğın 100 hektar meşə sahəsini məhv edib.Qeyd olunur ki, İstanbulda havanın temperaturu 28 dərəcəyə çatır, küləyin sürəti saniyədə 11 metr təşkil edir. Çərşənbə günü İstanbulun Sultanqazi rayonunda da yanğın baş verib və bir neçə saat ərzində söndürülüb.Bundan əvvəl Türkiyənin Manisa vilayətinin sakini gənədən qurtulmağa çalışaraq 12 hektar ərazini məhv edən meşə yanğını törədib.V. QULİYEV
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.