AZ

Övladlığa götürülən uşağın adı və soyadı necə dəyişdirilir? - RƏSMİ

Övladlığa götürmə prosesi yalnız hüquqi deyil, həm də mənəvi baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu prosesin ayrılmaz mərhələlərindən biri də uşağın adı və soyadının dəyişdirilməsi ilə bağlıdır.

Övladlığa götürən valideynlər, ailə bütövlüyünü və uşağın yeni ailəyə inteqrasiyasını təmin etmək məqsədilə onun ad və soyadını dəyişdirmək istəyirlər.

Bəs, görəsən, övladlığa götürüləcək uşağın adı və soyadının dəyişdirilməsi necə həyata keçirilir?

AzEdu.az-ın əldə etdiyi məlumata görə, valideyn-namizədin xahişi ilə övladlığa götürülən uşağa valideyn-namizədin soyadı və yeni ad verilir:

"Valideyn-namizəd kişidirsə uşağa ata adı onun adı ilə, qadındırsa uşaq barəsində uşağın atasının hüquq və vəzifələrinin saxlanıldığı hallardan başqa ata ata adı qadının göstərişi ilə verilir. Nikahda olmayan şəxs uşağı övladlığa götürdükdə uşağın soyadı, adı və anasının (atasının) adı doğum haqqında qeydiyyat kitabında həmin şəxsin göstərişi ilə yazılır".

Seçilən
0
29
azedu.az

10Mənbələr