AZ

"Azeri Light" neftinin qiyməti yüksəldi

Finss.az - Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,07 ABŞ dolları və ya 1,46% artaraq 74,68 ABŞ dolları səviyyəsinə çatıb.

Hərracların nəticələrinə əsasən, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 71,14 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” neftinin bir barelinin qiyməti 1,10 ABŞ dolları, yaxud 1,52% artaraq 73,43 ABŞ dolları səviyyəsində olub.

Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində neftin orta qiyməti bir barel üçün 70 ABŞ dolları nəzərə alınıb.

Tarixi kontekstdə, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyul ayında 149,66 ABŞ dolları olub.

 

Seçilən
12
50
fins.az

10Mənbələr