AZ

Stressi azaldan 7 QİDA

Yazını böyüt
Yazını kiçilt

Gərgin və yorucu günün ardından bədəninizi və zehninizi dincəlmək istəyirsinizsə, təbiətin təklif etdiyi bəzi qidalar sizə lazımi dəstək verə bilər.

Hafta.az-ın bu məqaləsində stressi azaltmağa kömək edən 7 qidanı təqdim edirik:

1. Balıq

Balıq ətindəki omeqa-3 yağ turşuları sinir sistemini tarazlaşdırmağa kömək edir və özünüzü daha dinc hiss edirsiniz.

2. Banan

Banan xoşbəxtlik hormonlarının ifrazını dəstəkləyərək əhvalınızı yaxşılaşdıra bilər.

3. Avokado

Avokado tərkibindəki antioksidanlar sayəsində həm zehni, həm də fiziki stressi azaltmağa kömək edə bilər.

4. Fındıq

Fındıq serotonin hormonunun ifrazını dəstəkləyərək beyin hüceyrələrini stimullaşdırır və özünüzü daha yaxşı hiss etməyə kömək edir.

5. Kişmiş

Kişmiş sinir hüceyrələrini dəstəkləyir və stresli vəziyyətlərin öhdəsindən daha asan gəlməyə kömək edir.

6. Tünd şokolad

Tünd şokolad xoşbəxtlik hormonlarının ifrazını artırır və daha sağlam düşünməyə kömək edir.

7. Balqabaq toxumu

Balqabaq toxumu beyin hüceyrələrini aktivləşdirir və onların daha səmərəli işləməsinə kömək edir.

Seçilən
0
8
hafta.az

8Mənbələr