İyulun 3-də Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar.
Dövlət başçıları əvvəlcə xatirə şəkli çəkdiriblər.
Bildirilib ki, hazırda abidədə Azərbaycan dövləti tərəfindən bərpa işlərinə başlanılıb.