AZ

Komandir: "İranın raket gücünün 25-30%-i istifadə olunub"

İran İsrailə hücumlar zaman öz raket gücünün 25-30%-dən istifadə edib.

"Report"un "Azad İran" Teleqram kanalına istinadən məlumatına görə, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun koordinasiya üzrə komandan müavini Əli Fəzli bildirib.

Onun sözlərinə görə, Tehran 2006-cı ildən Tel-Əviv və Vaşinqton tərəfindən kütləvi hücuma hazır olublar: "Hazırda İranın mövcud raket gücünün təxminən 25-30%-i istifadə olunub. Biz hələ raket şəhərciklərindən heç birini açmamışıq, digərlərində isə ictimaiyyətə yalnız məhdud hissələr göstərilib, halbuki, ölkənin gizli müdafiə gücünün əhəmiyyətli hissəsi bu şəhərlərdə yerləşir".

Seçilən
46
50
report.az

10Mənbələr