BAKI, 3 iyul. TELEQRAF
İsrailli əsirlərin yaxınları Baş nazir Benyamin Netanyahuya məktub yazaraq "məhbus mübadiləsi anlaşması" tələb ediblər.
Teleqraf "TRThaber"ə istinadən xəbər verir ki,israilli məhbus ailələrinin yaxınlarıHƏMAS-ın təkliflərinin nəzərdən keçirilməsini vacib sayırlar.
"İsrailin İrana hücumundan sonra regionda yeni reallıqlar yaranıb.Netanyahu hökuməti İsraildə saxlanılan bütün fələstinliləri azad etməli və HƏMAS-ın həbs etdiyi bütün israillilərin sərbəst buraxılmasına nail olmalıdır" - deyə, məktubda qeyd edilir.