Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası tərəfindən növbəti dəfə təyinat alıb.
Sportinfo.az xəbər verir ki, bu barədə AVF-nin mətbuat xidməti məlumat yayıb.
M.Frişman qadın voleybolçular arasında (U-22) 2026-cı ildə keçiriləcək Avropa çempionatının təsnifat mərhələsinin oyunlarında iştirak edəcək.
O, iyulun 4-6-da Latviyada baş tutacaq B qrupunun oyunlarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Burada ev sahibi ilə yanaşı, Danimarka və Ukrayna yığmaları mübarizə aparacaqlar.