AZ

Günvurmadan necə qorunmaq lazımdır?

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

Yay aylarında temperaturun yüksəlməsi ilə bağlı günvurma hallarına tez-tez rast gəlinir. Həkimlər bildirir ki, xüsusilə günorta saatlarında birbaşa günəş altında qalmaq ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, günvurma insan orqanizminin həddindən artıq qızması nəticəsində beynin istilik tənzimləyici mərkəzinin pozulması ilə baş verir. Bu vəziyyətin ilkin əlamətləri başgicəllənmə, ürəkbulanma, halsızlıq, tərləmənin azalması və bədən temperaturunun artması ilə özünü göstərir.

Risk qrupunda kimlərdir?

Həkimlər qeyd edir ki, uşaqlar, yaşlı insanlar, hamilə qadınlar, ürək və qan təzyiqi problemi olanlar günvurma riski baxımından daha həssas sayılır. Xüsusilə açıq havada çalışan işçilər bu vəziyyətdən qorunmaq üçün əlavə tədbirlər görməlidirlər.

Günvurmadan necə qorunmaq lazımdır?

Günorta saatlarında (11:00-dan 17:00-a qədər) birbaşa günəş şüaları altında qalmaqdan çəkinin. Yüngül, açıq rəngli və hava keçirən geyimlərə üstünlük verin. Geniş kənarlı papaq və gün eynəkləri istifadə edərək baş və gözlərinizi qoruyun. Bol miqdarda su qəbul edin, qazlı və şəkərli içkilərdən uzaq durun. Günəş altında ağır fiziki fəaliyyəti minimuma endirin. Əgər mümkündürsə, günorta saatlarını kölgəli və ya sərin məkanlarda keçirin.

Günvurma halı baş verərsə nə etmək lazımdır? 

Əgər bir şəxs günvurmadan şübhələnirsə, dərhal kölgəyə aparılmalı, üst geyimi çıxarılmalı, başına və bədəninə soyuq kompres qoyulmalıdır. Əgər huşunu itiribsə və ya vəziyyəti pisləşirsə, dərhal təcili tibbi yardım çağırılmalıdır.

Həkimlər xəbərdarlıq edir ki, günvurma yüngül qəbul edilməməlidir. Vaxtında müdaxilə edilmədikdə, bu hal ciddi nəticələrə, hətta həyati təhlükəyə səbəb ola bilər(milli.az).

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
36
redaktor.az

10Mənbələr