AZ

“Ukraynanı silahla təmin edirik” Tramp

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

“ABŞ Ukraynaya silah tədarükünü davam etdirir, eyni zamanda öz ehtiyatlarını da nəzərə almalıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbəti zamanı deyib.

Ukraynaya silah tədarükünün niyə dayandırıldığı barədə suala cavab olaraq Tramp deyib: “Biz dayandırmamışıq. Biz silahla təmin edirik və artıq çox tədarük etmişik. Biz onlarla əməkdaşlıq edirik, kömək etməyə çalışırıq, lakin tədarükü dayandırmamışıq”, - Amerika lideri bildirib.

Eyni zamanda Tramp keçmiş Prezident Co Baydenin administrasiyasını tənqid edib, onu ABŞ-dan həddindən artıq silah çıxarmaqda ittiham edib: “Biz özümüz üçün də kifayət qədər silahımızın olduğuna əmin olmalıyıq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
50
qafqazinfo.az

10Mənbələr