AZ

ABŞ 100-ə yaxın ölkəyə gömrük rüsumları tətbiq edəcək

ABŞ-ın maliyyə naziri Scott Bessent bildirib ki, ABŞ Vaşinqtonla yaxşı niyyətlə ticarət danışıqları aparan ölkələrə 10 faiz rüsum tətbiq edəcək . O , bu barədə Bloomberg TV-də danışıb .

Bessent bildirib ki, ABŞ prezidenti Donald Tramp xoş niyyətlə danışıqlar aparanları mükafatlandırmaq niyyətindədir. “Düşünürəm ki, 100-ə yaxın ölkə olacaq ki, onlar minimum 10 faizlik cavab rüsumunu alacaq və sonra biz görəcəyik” dedi.

Nazirin sözlərinə görə, iyulun 9-dan əvvəl ABŞ və digər ölkələr arasında “sövdələşmələr silsiləsi”ni gözləmək olar.

//Samir Qurbanov, Editor.az

Seçilən
42
30
editor.az

10Mənbələr