AZ

Çin: Ukrayna münaqişəsində tərəflərin heç birinə silah satmırıq

Çin: Ukrayna münaqişəsində tərəflərin heç birinə silah satmırıq

Çin Ukraynadakı münaqişə tərəflərinə öldürücü silahlar vermir və ikili təyinatlı malların ixracına ciddi nəzarət edir.

AFN.az xəbər verir ki, bunu Berlində Çinin xarici işlər naziri Van Yi almaniyalı həmkarı İohan Vadeful ilə birgə mətbuat konfransında bəyan edib.

"Mən nazir Vadeful ilə Ukrayna böhranını və digər cari məsələləri müzakirə etdim. Çinin mövqeyi çox aydındır: biz sülh və danışıqlara nail olmaq üçün səylər göstəririk. Biz münaqişə tərəflərini öldürücü silahlarla təchiz etmirik, ikili təyinatlı malların, o cümlədən pilotsuz təyyarələrin ixracına çox ciddi nəzarət edirik", - deyə Van Yi bildirib.

O, Çin prezidenti Si Cinpinin “mürəkkəb problemlərin sadə həlli yoxdur” fikrini xatırladaraq əlavə edib: “Biz hərtərəfli, davamlı və məcburi sülh sazişinin əldə edilməsində, Avropada balanslaşdırılmış, effektiv və sabit təhlükəsizlik arxitekturasının qurulmasında və Avropada uzunmüddətli sülhün bərpasında müxtəlif tərəflərin fəal rolunu alqışlayırıq. Dünyada vəziyyət nə qədər təlatümlüdürsə, bir o qədər də əməkdaşlığa arxalanmalıyıq”.

Seçilən
14
50
afn.az

10Mənbələr