Süd məhsullarına maraq və aşırı içmək kişiləri prostat xərçənginə gətirir.
News24.az “Medicina”a istinadla xəbər verir ki, britaniyalı alimlərin yeni araşdırmasına görə, kişilər tərəfindən süd məhsullarının aktiv istehlakı onların prostat vəzi xərçənginə qarşı həssaslığı ilə sıx bağlıdır.
"Təxminən hər səkkiz kişidən birinə həyatı boyu prostat xərçəngi diaqnozu qoyulacaq. Siqaret çəkmək və piylənmə kimi müəyyən amillər var ki, bu xəstəliyin ehtimalını artırır. Süd məhsullarının yüksək istehlakı" da risk faktoru ola bilər”.
Layihənin müəllifləri süd məhsullarının istehlakı ilə prostat xərçəngi arasındakı əlaqəni təhlil edən 33 böyük tədqiqatı araşdırıblar. Alimlər müəyyən ediblər ki, gündə 400 qram və ya daha çox süd məhsulları qəbul edən kişilərdə ümumilikdə prostat xərçəngi riski daha yüksəkdir.
"Prostat xərçəngi riski bütün süd məhsullarının, o cümlədən süd, pendir və yağın istehlakı ilə artıb".
Eyni zamanda, bu xəstəlik problemi ilə məşğul olan Prostat Cancer UK təşkilatı bildirir ki, kişilərin xərçəngə meylli olmasının səbəbi qidada çox istehlak edilən süd məhsulları ilə yaranan həddindən artıq kalsium ola bilər.
Müxtəlif cinsi partnyorlar kişiləri prostat xərçəngindən qoruya bilər.
Təşkilatın ekspertlərinin fikrincə, kişilər gündə üç porsiyadan artıq süd məhsulları istehlak etməməlidirlər. Bir hissə, məsələn, bir kiçik banka qatıq, bir stəkan süd və ya 30 qramlıq kiçik bir pendir parçasıdır.