
Amerikalı aktyor Maykl Madsen 67 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə NBC məlumat yayıb.
Nəşrin məlumatına görə, Madsen iyulun 3-də Malibudakı evində cansız vəziyyətdə tapılıb. Hadisə yerinə gələn həkimlər aktyorun öldüyünü müəyyən ediblər.
Aktyorun menecerinin sözlərinə görə, Madsen ürək tutmasından dünyasını dəyişib. Polis ölümün təbii səbəblərdən baş verdiyini ehtimal edir.