"Barselona" "İnter"in futbolçusu Denzel Dumfriesi transfer edə bilər. Metbuat.az xəbər verir ki, futbolçunun müqaviləsindəki xüsusi maddəyə görə “Barselona” futbolçunu 25 milyon avroya transfer edə bilər. Məlumata görə, Çempionlar Liqasında uğurlu oyunu ilə diqqət çəkən Denzel Dumfriesin müqaviləsindəki xüsusi bəndə görə, onun sərbəst qalma məbləği bu transfer pəncərəsində 25 milyon qeyd edilib. Bildirilir ki, futbolçu bir müddət əvvəl agentini dəyişərək Xorxe Mendeşlə anlaşıb. Mendesin Barselona ilə yaxın münasibəti də bu transferin reallaşmasında rol oynaya bilər. "Barselona" "Atletik Bilbao"dan Niko Uilyamsın heyətinə qatmağa və qapıçı Joan Qarsiya üçün lisenziya prosedurlarını tamamlamağa üstünlük verir. Bununla belə, klubun maaş büdcəsində yer olduğu halda Dumfriesin transferi reallaşa bilər.