Bu gün Azərbaycanın "Sabah" futbol klubu yay toplanışı çərçivəsində ikinci yoldaşlıq görüşünü keçirib.
Operativ Media xəbər verir ki, Valdas Dambrauskasın komandası Macarıstan "Paks"ı ilə qarşılaşıb. Matç 3-3 hesablı heç-heçə ilə başa çatıb.
“Bayquşlar” daha öncə təlim-məşq toplanışı çərçivəsində Rumıniya “Rapid”i (Buxarest) ilə heç-heçə oynayıb – 2:2.