AZ

Müayinədən boyun qaçıran sürücü yol polisi maşınına qumbara atdı

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Tibbi müayinədən keçməkdən imtina edən sürücü yol polisi avtomobilinə F-1 qumbarası atıb.

Avtosfer.az xəbər verir ki, hadisə iyunun 29-da Rusiyanın Tomsk şəhərində baş verib.

Belə ki, şəhərin Beregovaya küçəsində öz avtomobilini idarə edən 42 yaşlı yerli sakin Rusiya Daxili İşlər Nazirliyinin Tomsk vilayəti üzrə idarəsinin yol polisi əməkdaşları tərəfindən saxlanılıb. O, sərxoşluq testindən keçməkdən imtina edib. Polis inspektoru sürücüyə İnzibati Xətalar Məcəlləsinin 12.26-cı maddəsində nəzərdə tutulmuş hüquqpozmanı törətdiyinə görə protokol tərtib edib. Lakin, sürücü yazılan protokolla razılaşmayıb və o, patrul maşınının salonuna saxta F-1 qumbarası atıb.

Nəticədə sürücü saxlanılaraq polis idarəsinə gətirilib. Hazırda onun barəsində araşdırma aparılır. Bu əmələ görə onu 5 il həbs cəzası gözləyir.

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
50
avtosfer.az

10Mənbələr