ain.az, Yeniavaz saytına istinadən bildirir.
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı təxminən bir saat davam edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə məlumat verib.
“Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin və ABŞ Prezidenti Donald Tramp arasında təxminən bir saat davam edən söhbət indicə başa çatıb”, - diplomat paylaşıb.***19:35
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp hazırda telefon danışığı aparırlar.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib.
“Söhbət davam edir”, - Peskov deyib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.