AZ

“Neftçi”də ŞOK! Təklif aldı, telefonunu bağladı, “aradan çıxdı“

“Neftçi” bir qədər öncə şok xəbər alıb.

Və bu, başda Samir Abasov olmaqla, bütün məşqçi korpusunun qanını qaraldıb.

Deməli...

Bosniya və Herseqovina millisinin qapıçısı Kenan Piriç karyerasını Azərbaycanda davam etdirməyəcək.

30 yaşlı qolkiper bu gün Bakıya gəlməli, tibbi baxışdan keçərək müqaviləyə imza atmalı və sabahdan Samir Abasovun sərəncamında olmalıydı.

Di gəl…

Səbəb kimi bosniyalının şəxsi işləri ilə bağlı problemin yaranması göstərilir və bildirilir ki, meneceri vasitəsilə bu barədə qarşı tərəfi məlumatlandırıb.

Ancaq…

Gerçək səbəb bu deyil. Balkanlı legioner Türkiyə və Avropadan daha sərfəli şərtlərlə təkliflər alıb.

Ona görə də telefonunu bağlayaraq, «aradan çıxıb».

Kenan Piriç Vətənində "Mostar", "Sloboda Tuzla" və OFK-nin şərəfini qoruyub.

Karyerası ərzində Belçikada “Gent”, Sloveniyada “Maribor”, Yunanıstanda “Atromitos”, Kiprdə AEK, Türkiyədə isə “Göztəpə” və “Antalyaspor”un heyətində də legioner həyatı yaşayıb. O, ötən mövsüm Türkiyə Superliqasında 30 matça çıxıb.

Hazırda “Neftçi”nin əsas qapıçısı olan Rza Cəfərovun Polşa və Rumıniya klublarından birinə transferi gündəmdədir. Emil Balayev isə əvvəlki formasından uzaqdır. Ona görə bakılıların əcnəbi qolkiper gətirəcəyi gözləniləndir.

Bu qapıçı Türkiyə futbolunun pərəstişkarlarına yaxşı tanışdır. Belə ki, 2022-ci ilin yayından qışına qədər “Göztəpə”də, 2024/25 mövsümündə isə “Antalyaspor”da çıxış edib.

30 yaşlı qapıçı Türkiyə Superliqasında ümumilikdə 34 oyuna çıxıb, 65 qol buraxıb, 5 oyunda qapısını toxunulmaz saxlayıb.

Bosniya və Herseqovina yığmasının heyətində 8 oyuna çıxıb. 192 sm boya malik qapıçı bir neçə gün sonra 31 yaşını tamamlayacaq.

SPORTİNFO.AZ

Seçilən
17
7
sportinfo.az

10Mənbələr