Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Futbol dünyasını dəhşətə gətirən Dioqo Jotanın avtomobil qəzasından görüntülər ortaya çıxıb.
Milli.Az xəbər verir ki, hadisə yerli vaxtla 00:40-da İspaniyanın Sanabriya rayonu yaxınlığında şosedə baş verib. Jotanın qardaşı Andre Silva "Lamborcini" markalı maşını yüksək sürətlə idarə edərkən ötmə əməliyyatı zamanı avtomobilin təkəri partlayıb. Maşın bir neçə dəfə yuvarlandıqdan sonra yol kənarındakı çökəkliyə düşüb və nəticədə yanıb. Dioqo və Andre yanıq və zəhərli maddələrin tüstüsündən hadisə yerindəcə keçiniblər
Qeyd edək ki, D.Jota "Liverpul"da, qardaşı isə Portuqaliya 2-ci Liqa təmsilçisi "Penafyel"də çıxış edirdilər. (Offsideplus.az)
Milli.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.