ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff gələn həftə Norveçdə İranın XİN rəhbəri Abbas Araqçı ilə görüşməyi planlaşdırır.
Referans xəbər verir ki, bu barədə Axios portalı iki məlumatlı mənbəyə istinadən xəbər yayıb.
Görüşün dəqiq tarixi hələ müəyyən edilməyib.
Referans xəbər verir ki, bu barədə Axios portalı iki məlumatlı mənbəyə istinadən xəbər yayıb.
Görüşün dəqiq tarixi hələ müəyyən edilməyib.
“Ağ Evin elçisi Stiv Vitkoff nüvə məsələsi üzrə danışıqları bərpa etmək üçün gələn həftə İranın xarici işlər naziri Abbas Araqçı ilə Osloda görüşməyi planlaşdırır”, – portal qeyd edir.
Mənbələr onu da qeyd edirlər ki, Vitkoff və Araqçı İran və İsrail arasında gərginlik dövründə və onun bitməsindən sonra birbaşa dialoqu davam etdirib. Görüş baş tutsa, bu, ABŞ-ın İrana zərbə endirməsindən sonra ilk şəxsi təmas olacaq./Globalinfo.az