AZ

“Beşiktaş” Türkiyə millisinin futbolçusu ilə yeni müqavilə imzalayıb

Türkiyənin “Beşiktaş” komandası futbolçusu Demir Ege Tıknaz ilə müqaviləni yeniləyib.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 20 yaşlı yarımmüdafiəçinin 2027-ci ildə başa çatacaq sözləşməsini daha bir il müddətinə uzadıb.

Türkiyə millisinin heyətində ötən ay Meksika ilə yoldaşlıq matçında (0:1) debüt edən oyunçu “Beşiktaş”ın yetirməsidir. O, son mövsümü icarə əsasında Portuqaliyanın “Rio Ave” komandasında keçirib.

Seçilən
7
20
yeniazerbaycan.com

10Mənbələr