Metbuat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“WhatsApp”ın iOS cihazları üçün beta versiyasında "çox hesablı" funksiya yenidən istifadəyə verilib.
Metbuat.az xəbər verir ki, yeni funksiya bundan əvvəl gündəmə gəlsə də, tamamilə istifadəyə verilməyib. Məlumata görə, birdən çox hesab funksiyası ilə bir cihazda birdən çox “WhatsApp” profilini idarə etməyə imkan vermək məqsədi daşıyır. Yeni sistemin istifadəsi olduqca praktik olacaq. İstifadəçilər “Instagram” və “Facebook”da olduğu kimi “Hesab siyahısı” adlı yeni bölmə vasitəsilə öz cihazlarından yeni profil əlavə edə və ya silə və hesablar arasında keçid edə biləcəklər.
Sözügedən seçim tətbiqin "Parametrlər" bölməsində mövcud olacaq. Bildirilir ki, yeni funksiya müxtəlif hesablarda söhbət edən istifadəçilər üçün rahatlıq təmin edə bilər. Bununla belə, eyni zamanda bir insanın birdən çox profili idarə edə bilməsi məxfilik və təhlükəsizlik baxımından da bəzi müzakirələrə səbəb ola bilər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.