AZ

ECO-nun 17-ci Zirvə görüşünün iştirakçıları Ağdamda Qarabağ atlarının “Zəfər” şousunu izləyiblər

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndi şəhərində keçiriləcək 17-ci Zirvə görüşünün iştirakçıları Ağdamdakı “İmarət” Tarix-Memarlıq Muzey Kompleksində Qarabağ atlarının “Zəfər” şousunu izləyiblər.

 

Pravda.az xəbər verir ki, hərbi orkestrin ifasında milli musiqi nümunələrimiz, “Sərhədçi” rəqs ansamblının rəqsləri və Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində göstərdiyi igidlik və cəsarət nümunələri böyük maraqla qarşılandı. Şou müddətində süvarilərimiz yüksək peşəkarlıq nümayiş etdirdilər.

 

Sonra qonaqlar avtobusla Ağdam şəhərini gəzdilər.

Tarix: 3 İyul 2025, 19:36   
Seçilən
5
50
pravda.az

10Mənbələr