ain.az bildirir, Bakupost saytına əsaslanaraq.
Rusiya Mədəniyyət Nazirliyi nazirlik adından Telegram kanalları tərəfindən saxta sənədlərin yayılması ilə bağlı xəbərdarlıq edib.
Bakupost.az xəbər verir ki, həmin məlumatlarda Azərbaycan vətəndaşlarının Rusiyada mədəni tədbirlərdə iştirakına məhdudiyyətlər tətbiq edildiyi iddia olunur.
Nazirliyin mətbuat xidmətinin yaydığı açıqlamada qeyd olunur: "Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimovanın "Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyasının ərazisində mədəni tədbirlərdə iştirakının və musiqi məzmununun yayılmasının məhdudlaşdırılması ilə bağlı tövsiyələrin təsdiq edilməsi haqqında əmr imzaladığı barədə yayılan məlumat tamamilə yalandır. Nəşrlərdə təqdim olunan sənədin hüquqi qüvvəsi yoxdur".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.