AZ

Bakıya gələn şəxsdə külli miqdarda brilyant TAPILDI

Ajans.az xəbər verir ki, DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yükünə stasionar rentgen qurğusunda baxış keçirilib. Gömrük nəzarəti zamanı monitorda şübhəli cizgilər müşahidə olunduğundan əl yüklərinə gömrük yoxlaması tətbiq edilib. Gömrük yoxlaması zamanı vətəndaşa məxsus çantanın astarının altından, ümumilikdə 547.7 karat brilyant qaşlar aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Seçilən
27
10
Ajans.az

10Mənbələr