AZ

“Hizbullah”ın SEPAH-la əlaqələrdən məsul komandiri öldürüldü

BAKI, 3 iyul. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələrinə məxsus PUA Livanın paytaxtının cənubunda magistral yolda hərəkət edən avtomobilə zərbə endirib, nəticədə “Hizbullah” hərəkatının silahlı qanadının komandirlərindən biri ölüb.

Teleqraf xəbər verir ki, bu barədə “Əl-Cədid” telekanalı məlumat yayıb.

Hadisə Halde qəsəbəsində, avtomobil yolunun hərəkət hissəsində baş verib. PUA-nın çırpıldığı avtomobil yanıb.

Telekanalın mənbələrinin məlumatına görə, ölən komandir “Hizbullah” rəhbərliyində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” xüsusi təyinatlı dəstəsi ilə qarşılıqlı əlaqəyə cavabdeh olub.

Seçilən
7
50
teleqraf.com

10Mənbələr