AZ

Dəhşətli ata qətli: Oğul qanlı əşyaları zibilə atdı, ana evi təmizlədi

ain.az, News24 portalına istinadən məlumat yayır.

İstanbulun Eyüpsultan rayonunda baş verən ailədaxili mübahisə zamanı 54 yaşlı Rəcəb Kütükçünün bıçaqlanaraq öldürülməsi ilə bağlı ana F.K. və onun iki oğlu M.K. (32) və Y.R.K. (22) polis tərəfindən saxlanılıb. 

News24.az bildirir ki, polis tərəfindən aparılan araşdırmalar nəticəsində hadisədən sonra şübhəlilərin evdəki bəzi qanlı əşyaları zibilliyə atdıqları təhlükəsizlik kameralarına əks olunub.

Hadisə 30 iyun tarixində saat 21:40 radələrində Güzeltepe məhəlləsində baş verib. Əraziyə gələn təcili yardım əməkdaşları Rəcəb Kütükçünün sağ diz nahiyəsində dərin bir kəsik aşkar edib. Araşdırmalar nəticəsində Kütükçünün qan itkisindən həyatını itirdiyi müəyyən edilib. 

Ana F.K. və iki oğlu ifadələrində Rəcəb Kütükçünün mübahisə zamanı bıçaqla onlara hücum etdiyini və bu zaman yıxılaraq bıçağın öz ayağına saplandığını iddia ediblər. 

Polisin apardığı ətraflı araşdırma nəticəsində məlum olub ki, hadisədən sonra şübhəlilər evdəki qanlı bəzi əşyaları zibilliyə atıblar. Təhlükəsizlik kameralarına düşən görüntülərdə bu açıq şəkildə görünür. Zibil konteynerində qanlı şort, parça və bir stul aşkar edilib. Hadisədə istifadə olunduğu ehtimal edilən iki bıçaq da tapılaraq ekspertizaya göndərilib. Polis həmçinin mənzilin giriş hissəsinin hadisədən sonra təmizləndiyini müəyyən edib.

Ana, iki oğlu və onlara yardım etdiyi iddia edilən bir nəfər məhkəməyə göndərilib.

Hadisə ilə bağlı istintaq davam edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
50
news24.az

10Mənbələr