“Ermənistan tərəfi baş nazirin mətbuat katibi səviyyəsində bildirib ki, belə görüşlər haqqında vaxtında məlumat verilir. İndiki şəraitdə öz təsdiqini tapmayan görüşlə bağlı yayılan məlumatlara münasbət bildirmək mahiyyət etibarilə doğru olmaz və praktik olaraq məsələnin təhlili mümkün deyil”.
Bunu hafta.az-a deputat Elçin Mirzəbəyli Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın iyulun sonunda görüşəcəyi və sülh müqaviləsinin imzalanacağına dair yayılan məlumatla bağlı bildirib.
Məlumatda qeyd olunur ki, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının tarixi bəlli olub. Sülh müqaviləsi razılaşdırılmış sənədlər əsasında iyulun axırında dövlət rəsmilərinin Dubayda keçrilən görüşündə baş tuta bilər.
E.Mirzəbəyli qeyd edib ki, ehtimal olsa da Birləşmiş Ərəb Əmirliyi sülh müqaviləsinin imzalanması üçün əlverişli platforma hesab oluna bilər. Çünki BƏƏ-nin Azərbaycanla yüksək səviyəli münasibətləri var və bu ölkə danışıqlar üçün plarforma rolunda çıxış edə bilər.
Deputat qeyd edib ki, dövlət rəsmilərinin görüşü ilə bağlı yayılan məlumatların rəsmi təsdiqi yoxdur. Onun sözlərinə görə, bu məlumatları yayan mənbənin bazası Böyük Britaniyada yerləşir. Maraqlı olan məqamlardan biri odur ki, saytın rəhbərliyinin kimliyi faktiki olaraq elan edilmir.