ain.az bildirir, Oxu.az portalına istinadən.
"CARCAS üçün elmi əməkdaşlıq sadəcə formal tərəfdaşlıq deyil, bu bizim fəaliyyətimizin əsasıdır".
Oxu.Az xəbər verir ki, bunu müsahibəsi zamanı Xəzəryanı Regionu Aqrar Tədqiqatlar Mərkəzinin (CARCAS) Müşahidə Şurasının üzvü Zaul Rəsulov deyib.

- Zaur müəllim, CARCAS-ın müasir dövrdə regionun aqrar siyasətində oynadığı rolu necə qiymətləndirirsiniz?
- Xəzəryanı Regionu Aqrar Tədqiqatlar Mərkəzi - CARCAS təkcə Azərbaycanda deyil, bütün Xəzəryanı regionda aqrar sahə üzrə mühüm və strateji baxımdan əsaslandırılmış bir rol oynayır. Bu qurum əslində dövlət və özəl sektoru birləşdirən bir platformadır. Məqsəd - ərzaq təhlükəsizliyi, məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi və ekoloji dayanıqlılıq kimi əsas çağırışların birgə həllidir.
CARCAS-ı biz aqrar sahə ilə real istehsal tələbatları arasında bir körpü kimi görürük. Bu kontekstdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan elmi-tədqiqat institutları ilə əməkdaşlığımız xüsusi əhəmiyyət daşıyır. Artıq bu əlaqələrin praktiki nəticələri görünür: istər keyfiyyətli ting və əkin materiallarının istehsalı, istər iqlim dəyişikliklərinə uyğunlaşdırılmış sortların hazırlanması, istərsə də aqrotexnologiyaların təkmilləşdirilməsi sahəsində olsun.

CARCAS, həmçinin milli aqrar - sənaye zəncirinin gücləndirilməsi istiqamətində də fəaldır. Bu, həm daxili istehsal sahəsinə misal olaraq, "AzChemCo" kimi mineral gübrə təchizatçıları ilə sıx əməkdaşlığa, həm də xarici iqtisadi istiqamətlərə kənd təsərrüfatı məhsullarının ixrac və idxalı ilə əlaqəlidir. Məqsədimiz odur ki, Azərbaycanın aqrar sektoru daha dayanıqlı, rəqabətədavamlı və xarici risklərdən asılı olmayan bir sistemə çevrilsin.
Bu baxımdan CARCAS sadəcə elmi-tədqiqat strukturu deyil. Mərkəz - müxtəlif iştirakçıların alimlərin, fermerlərin, sahibkarların və dövlət və özəl sektor üzrə səylərin birləşdiyi bir məkandır. Mənim fikrimcə, məhz bu özəllik CARCAS-ın aqrar siyasətdə artan rolunu unikal və vacib edən əsas faktordur.
- Hər zaman sıx əməkdaşlıq etdiyiniz elmi qurumlar hansılardır?
- CARCAS üçün elmi əməkdaşlıq sadəcə formal tərəfdaşlıq deyil, bu bizim fəaliyyətimizin əsasıdır. Biz əminik ki, ixtisaslaşmış elmi-tədqiqat institutları ilə möhkəm əməkdaşlıq olmadan nə aqrar sektorun dayanıqlı inkişafından, nə də risklərin keyfiyyətli proqnozlaşdırılmasından və müasir həllərin tətbiqindən danışmaq mümkün deyil.
Əsas tərəfdaşlarımız Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən aparıcı elmi müəssisələrdən, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu eləcə də torpaqşünaslıq və aqrokimya laboratoriyalarda fəaliyyət göstərən alimlərdir. Onlarla birgə həm elmi-praktik layihələr, həm də tədqiqatçılarla fermerlər arasında bilik mübadiləsi üçün ekspertiza layihələrini həyata keçiririk.
Misal olaraq, tingçilik sahəsində Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə birgə yerli iqlim şəraitinə uyğunlaşdırılmış dayanıqlı ting istehsalı modelləri hazırlayırıq. Bu, birbaşa ölkənin ərzaq təhlükəsizliyi ilə bağlıdır. Biz bu istiqamətdə 400 000 tingin yetişdirilməsi üzrə birgə layihə həyata keçiririk ki, bu da Azərbaycanın ümumi ting idxalının təxminən 10%-nə bərabərdir.
Aqrokimya laboratoriyalarında çalışan alimlərlə isə gübrə istifadəsində ağıllı yanaşmanın tətbiqi və torpaq münbitliyinin idarə olunması mövzusunda işləyirik. Burada biz xüsusi olaraq "AzChemCo" şirkəti ilə sıx əməkdaşlıq edirik. Qeyd etməliyəm ki, "AzChemCo" ölkədə maye mineral gübrə standartlarının əsasını formalaşdıran şirkətdir. Onun istehsal etdiyi gübrələr ölkəyə idxal olunan oxşar məhsulları əvəzləmək gücünə malikdir. Şirkət hazırda 17 növ maye və 2 növ suda həll olunan gübrə istehsal edir ki, bu məhsullar yüksək keyfiyyətə və standartlara tam cavab verir.

Vacib məqam odur ki, bu əməkdaşlıq sadəcə formallıqla məhdudlaşmır. İş birliyimiz - canlı, dinamik və qarşılıqlı etimada əsaslanan birgə fəaliyyətdir. Biz mütəmadi olaraq birgə sessiyalar, sahə nümayişləri, analitik hesabatlar da həyata keçiririk.
Başqa sözlə desək, elmi-tədqiqat institutları və özəl sektor CARCAS-ın sadəcə tərəfdaşları deyil, ölkənin sabahkı aqrar inkişafına istiqamət verən vahid intellektual ekosistemin bir parçasıdır.
- Ərzaq təhlükəsizliyi - CARCAS bu sahəyə necə töhfə verir?
- Yaxşı sualdır: bu gün ərzaq təhlükəsizliyi artıq sadəcə aqrar gündəmin bir hissəsi deyil, eyni zamanda, ümummilli təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir. CARCAS da bu məsuliyyəti dərk edir və bu sahədə fəal rol oynayır.
Bizim töhfəmiz çoxşaxəlidir. İlk növbədə, ərzaq təhlükəsizliyini yalnız məhsul bolluğu kimi deyil, keyfiyyətli, əlçatan və dayanıqlı aqrar istehsalın təmin olunması kimi başa düşürük, toxumdan tutmuş mağaza rəfinə qədər olan bütün zənciri nəzərdə tutaraq. Bu kontekstdə ən vacib istiqamətlərdən biri yerli ting və əkin materiallarının istehsalına dəstəkdir.
Hazırda Azərbaycan da bir çox ölkələrdə olduğu kimi, tingçilik məhsulları üzrə müəyyən dərəcədə idxaldan asılı vəziyyətdədir. Bu isə strateji həssaslıq yaradır. Məhz buna görə də, CARCAS Kənd Təsərrüfatı Nazirliyinin ixtisaslaşmış elmi-tədqiqat institutları və özəl sektorla birgə seleksiya və yüksəkkeyfiyyətli tinglərin yerli şəraitdə geniş istehsalı istiqamətində layihələrə start verib.
İkinci əsas istiqamət isə elmi əsaslandırılmış aqrar istehsalın dəstəklənməsidir. Biz fermerlər və aqrar kooperativlər üçün torpaq və ekosistemlərə zərər vermədən məhsuldarlığı artırmağa yönəlmiş dayanıqlı aqrotexnologiyalar üzrə tövsiyələr hazırlayırıq. Bu, xüsusilə iqlim dəyişiklikləri və su ehtiyatlarının məhdudluğu şəraitində aktuallaşır.
Üçüncü vacib məsələ isə stabil məhsuldarlığın əldə olunmasında mühüm rol oynayan mineral gübrələrlə təminatdır. Bu sahədə biz özəl sektorla, xüsusilə "AzChemCo" şirkəti ilə sıx əməkdaşlıq edirik. Qlobal təchizat zəncirlərindəki qeyri-sabitlik fonunda bu şirkət aqrar sektoru keyfiyyətli məhsullarla etibarlı şəkildə təmin edə bilər. Bu da ərzaq təhlükəsizliyinin mühüm komponentidir - yəni xarici risklərdən asılılığın olmamasıdır.

Sonda isə onu qeyd etməliyəm ki, CARCAS, eyni zamanda, analitik mərkəz kimi də mövqeləşir. Biz tədqiqatlar aparırıq, hesabatlar hazırlayırıq və ekspert müzakirələrində iştirak edirik. Bu fəaliyyət bizə sadəcə müşahidəçi kimi deyil, ölkənin ərzaq təhlükəsizliyini möhkəmləndirən fəal iştirakçı kimi çıxış etmək imkanını verir.
Beləliklə, CARCAS elmin, istehsalın və strategiyanın qovşağında fəaliyyət göstərir və məhz bu yanaşma bizə dövlət siyasətinin əsas istiqamətlərindən birinə real və sistemli töhfə verməyə imkanını yaradır.
- Ekoloji gündəlik də CARCAS-ın mandatına daxildirmi?
- Bəli, şübhəsiz. Ekoloji dayanıqlılıq CARCAS-ın mandatının əsas sütunlarından biridir. Biz hesab edirik ki, müasir aqrar siyasətdən danışarkən ekologiya, iqlim dəyişikliyi, təbii resursların tükənməsi və torpaq deqradasiyası məsələlərini nəzərə almadan irəliləmək mümkün deyil.
CARCAS ekoloji məsələləri ayrı bir mövzu kimi deyil, hər bir aqrar layihənin ayrılmaz hissəsi kimi görür. Biz dayanıqlı torpaq istifadəsi, aqroekologiya, suyun səmərəli istifadəsi və biomüxtəlifliyin qorunması prinsiplərinin təşviqi ilə fəal şəkildə məşğuluq. Tərəfdaşlarımızla birgə iqlim dəyişikliklərinə uyğunlaşma, dayanıqlı texnologiyaların tətbiqi və kənd təsərrüfatı sektorunun karbon izinin azaldılması üzrə tədqiqatlar aparırıq.
Bundan əlavə, biz ekoloji yanaşmanı dəstəkləyirik: aqrokimyəvi maddələr dəqiq dozalarda tətbiq olunmalı, gübrələr yüksək keyfiyyətli olmalı, torpağa müdaxilələr isə minimum destruktiv olmalıdır. Bu o deməkdir ki, CARCAS tərəfindən dəstəklənən hər bir layihə təkcə səmərəlilik baxımından deyil, ətraf mühitə təsiri baxımından da qiymətləndirilir.
Gələcəkdə isə biz CARCAS-ın ekoloji kənd təsərrüfatı üzrə milli standartların hazırlanmasında daha fəal iştirakını planlaşdırırıq. Bu, həm pilot təsərrüfatlar, həm də layihələr vasitəsilə həyata keçiriləcək. Məqsədimiz odur ki, dayanıqlılıq aqrar sektorda istisna hal yox, normal və məcburi standart kimi qəbul olunsun.

- Bu prosesdə özəl sektorun rolu nədən ibarətdir?
- Özəl sektor bu prosesdə ayrılmaz və kritik əhəmiyyətə malik iştirakçıdır, xüsusilə qlobal qeyri-sabitlik şəraitində. Əvvəllər elmi mərkəzlər və nazirliklər əsasən şaquli strukturlarda fəaliyyət göstərirdisə, bu gün biz üfüqi tərəfdaşlıqlar qururuq ki, burada biznes sadəcə icraçı deyil, tam hüquqlu strateji tərəfdaşdır. Buna misal olaraq, əsas mineral gübrə istehsalçılarından biri olan "AzChemCo" şirkəti ilə əməkdaşlığımızdır. Qlobal bazarlarda aqrokimya məhsullarının tədarükündə çatışmazlıq və qeyri-sabitlik olduğu şəraitdə məhz belə şirkətlər sabitləşdirici rol oynayır. "AzChemCo" yalnız məhsul tədarük etmir, həm də fermerlərin aqrokimya biliklərinin artırılması, gübrələrin sınaqları və müxtəlif bitkilər üçün balanslaşdırılmış qida sxemlərinin hazırlanması üzrə birgə proqramlarda iştirak edir.
Biz, həmçinin tingçilik müəssisələri, emal müəssisələr, ixracçılar və aqrotexnoloji startaplarla əməkdaşlıq edirik. CARCAS biznes və elm arasında dialoqu qurmağa kömək edən əlaqələndirici körpü kimi çıxış edir və özəl sektoru yerli kənd təsərrüfatının rəqabətqabiliyyətliyinin artırılmasına yönəlmiş uzunmüddətli layihələrə cəlb edir. Beləliklə, özəl sektor təkcə resurs deyil, təşəbbüs və dayanıqlığın tam daşıyıcısıdır. Bizim vəzifəmiz biznesi cəlb etməkdən başqa, ona texnoloji və strateji yönümlü olmasına yardım etməkdir.

Dövlət, elm və biznes arasında səylərin sinxronlaşdırılması CARCAS-ın ən vacib fəaliyyət istiqamətlərindən biridir. Buna görə də CARCAS "elm-hakimiyyət-istehsal" üçtərəfli tərəfdaşlıq platforması kimi təsis olunub və fəaliyyət göstərir.
- Dövlət, elm və biznes arasında səylərin sinxronlaşdırılması üçün hansı addımlar atılır?
- Birincisi, biz birgə strateji sessiyalar təşkil edirik ki, burada elmi-tədqiqat institutları, Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti şöbələrinin, fermer assosiasiyalarının və özəl şirkətlərin nümayəndələri bir masa arxasında toplanır. Məqsəd ümumi prioritetləri anlamaq və fəaliyyətləri sinxronlaşdırmaqdır. İkincisi, biz əməkdaşlıq memorandumu və proqramlarının hazırlanmasında iştirak edirik ki, hər iştirakçının rolu dəqiqləşsin. Bu, fəaliyyətlərin parçalanmasının və təkrarlanmasının qarşısını alır.
Üçüncüsü, CARCAS elmi ideyaların sahə şəraitində biznesin iştirakı ilə yoxlanıldığı təcrübə və nümayiş layihələrini işə salır və genişləndirir. Bu yanaşma riskləri minimallaşdırmağa və əsaslandırılmış aqrar siyasət formalaşdırmağa imkan yaradır. Bütün bunlar aqrar sahədə vahid və dayanıqlı istiqamət formalaşdırmaq üçün atılan addımlardır ki, bu tədbirlərə bütün maraqlı tərəflər uyğunlaşaraq strateji şəkildə fəaliyyət göstərsin.



Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.