AZ

Körpəli ailələrin diqqətinə! Bu məhsullar bazardan yığılır

İqtisadiyyat Nazirliyi tərəfindən təhlükəli məhsulların siyahısı yenilənib. Xüsusilə uşaqlı ailələri maraqlandıran iki məhsul — uşaq geyimləriotaq təravətləndiriciləri geri çağırılıb.

Bella Maison Black Oud” adlı hava təravətləndiricisi kimyəvi maddələr, yanıqlarxəsarət riski səbəbilə təhlükəli məhsul elan edilib. Məhsulun qablaşdırmasında toxunma xəbərdarlıq işarəsinin olmaması, TS EN ISO 11683 standartına uyğun gəlmədiyi qeyd olunub.

News24.az bildirir ki, nazirliyin siyahısına daxil edilən digər məhsul isə “Luggi Baby” markalı 12-18 aylıq körpələr üçün dondurma naxışlı çəllək olub. Məhsul boğulma və bədənə xəsarət yetirmə riski daşıdığına görə bazardan geri çağırılıb.

Rəsmi xəbərdarlıq və geri çağırılma qərarı

Hər iki məhsulla bağlı rəsmi xəbərdarlıq verilib və geri çağırılma prosesi başladılıb. Valideynlərə bu məhsullardan istifadə etməmək və məhsulları satış nöqtələrinə qaytarmaq tövsiyə olunur.

Nazlı


Seçilən
29
50
news24.az

10Mənbələr