AZ

İsrail Rusiya ilə gizli danışıqlara başlayıb? – İDDİA

İsrail mediası Təl-Əvivin son həftələrdə Rusiya ilə gizli danışıqlar apardığını iddia edib.

KONKRET.az xəbər verir ki, bu təmaslar İran və Suriya ilə bağlı məsələləri əhatə edib və atəşkəs dövründə həyata keçirilib.

İddialara əsasən, görüşlərin dəqiq yeri və iştirakçıları barədə məlumat açıqlanmasa da, tərəflər arasında regional təhlükəsizlik, xüsusilə də İrana bağlı silahlı qrupların Suriyadakı fəaliyyəti müzakirə olunub.

Qeyd edək ki, Rusiya və İsrail arasında əvvəllər də Suriya mövzusunda koordinasiya kanalları mövcud olub. Lakin son dövrlərdə Yaxın

Şərqdə baş verən hərbi-siyasi gərginlik fonunda bu cür təmasların yenidən intensivləşməsi diqqət çəkir.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
14
30
konkret.az

10Mənbələr