"Zirə" və "Səbail"də oynamış Bilal Hamdi Fransa Liqa-1-də məşqçi kimi fəaliyət göstərəcək.


Rekord.az xəbər verir ki, 34 yaşlı Hamdi "Lans" klubunun məşqçi təyin edilib.


Əlcəzairli futbol adamı baş məşqçi Pyer Seydjunun köməkçilərindən biri olacaq.


Bilal Hamdi 2018/19 mövsümündə "Zirə"də, 2019-cu ildə "Səbail"də oynayıb. 


O, "Lans" futbol akademiyasının yetirməsidir.