News24 saytına istinadən ain.az xəbər verir.
Həbsdə olan erməni əsilli rusiyalı iş adamı, oliqarx Samvel Karapetyana məxsus “Taşir” şirkətlər qrupunun 2 əməkdaşı saxlanılıb.
News24.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Məlumatda deyilir ki, saxlanılan şəxslərin barələrində həbs qətimkan tədbirinin tətbiqi ilə bağlı məhkəməyə vəsatətlər verilib.
Xatırladaq ki, iyulun 2-də Ermənistan Cinayət Məcəlləsinin “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin külli miqdarda yuyulması”, “Külli miqdarda vergi, rüsum və ya digər ödənişlərin ödənilməməsi” maddələri ilə sözügedən şirkətin rəhbərliyinə qarşı cinayət işi açılıb.
Şirkətin rəhbəri Samvel Karapetyan bu cinayət işi çərçivəsində həbs olub. Həmçinin o, dövlət çevrilişinə çağırışda ittiham edilir.
İş adamına məxsus “Ermənistan Elektrik Şəbəkələri” Şirkəti də parlamentin qərarı ilə milliləşdirilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.