2024–2025-ci tədris ilində Azərbaycanda peşə təmayüllü siniflərin fəaliyyəti ilə bağlı statistik göstəricilər açıqlanıb.
AzEdu.az-a bu barədə ARTİ-dən məlumat verilib.
Bildirilib ki, yeni tədris ilində ümumilikdə 249 məktəbdə peşə təmayüllü siniflər təşkil edilib.
Tədris prosesinə 1087 müəllim cəlb olunub. Bununla yanaşı, 7000-dən çox şagirdin bu siniflərdə təhsil alır.
Yeni tədris ilində həmçinin 4 yeni pilot ixtisas üzrə tədris aparılıb.