ain.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyaya göndərildiyi iddia olunan on minlərlə Şimali Koreya əsgəri bufer zonanın yaradılması və ərazilərin azad olunması ilə məşğul olacaq Rusiya bölmələrini əvəz edə bilər.
News24.az xəbər verir ki, bu barədə DXR rəhbərinin müşaviri İqor Kimakovski məlumat yayıb.
Kimakovskinin sözlərinə görə, əgər Şimali Koreya qoşunlarından istifadə olunacaqsa, bu yalnız sərhədlərin möhkəmləndirilməsi üçün olacaq:
"Bizim döyüş bölmələrimiz isə bufer zonalarının qurulması və yeni ərazilərin azad edilməsi üzrə fəaliyyət göstərəcək”.
Qeyd edək ki, Qərb mediası bu əsgərlərin Rusiya ərazisinə göndərildiyini bir gün əvvəl yazmışdı. Mövzu hazırda həm siyasi, həm də hərbi dairələrdə geniş müzakirə olunur.
Aqil Qarayev
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.