AZ

Samvel Karapetyanın ofisində axtarışdan sonra saxlanılanlar var

Oxu.az saytına istinadən ain.az xəbər verir.

İrəvanda saxlanılan rusiyalı iş adamı Samvel Karapetyana məxsus "Tashir" şirkətinin mərkəzi ofisində aparılan axtarışlardan sonra iki nəfər həbs edilib.

Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan məlumat verib.

İstintaq Komitəsinin məlumatına görə, iyunun 1-də Karapetyanın şirkətində aparılan axtarışlar vergidən yayınma və çirkli pulların yuyulması ilə bağlı cinayət işi çərçivəsində başlanıb.

Xatırladaq ki, iyunun 18-də Ermənistan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Karapetyanı saxlayıblar. O, hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunur. İş adamı günahını boynuna almayıb. İrəvan məhkəməsi onu iki ay müddətinə həbs edib. Bundan sonra Karapetyanın biznesi ilə bağlı yoxlamalar başlayıb, İrəvanda və ölkənin regionlarında "Pizza Tashir" MMC-nin bir sıra obyektləri bağlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
14
oxu.az

10Mənbələr