AZ

Apellyasiya Məhkəməsi Karapetyanın həbsi qərarını qüvvədə saxlayıb

Ermənistanın Apellyasiya Məhkəməsi rusiyalı iş adamı Samvel Karapetyanı həbsdə saxlayıb.

Bakues.az xəbər verir ki, İrəvan məhkəməsi paytaxtdakı “Taşir” qrupunun ofisində aparılan son axtarışlardan sonra daha iki nəfəri həbs edib.

“Həbs olunanlar xüsusilə iri məbləğdə pul vəsaitlərinin yuyulmasında ittiham olunurlar”, – Ermənistan İstintaq Komitəsi bildirib.

Qeyd edək ki, “Taşir” qrupunun rəhbəri Samvel Karapetyan iyunun 18-də hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etməkdə ittiham olunaraq iki ay müddətinə həbs edilib.

Seçilən
7
13
icma.az

10Mənbələr