AZ

Azərbaycanın müstəqil siyasət aparmasını Rusiya heç vaxt qəbul etməyib, indi də qəbul etmir Vahid Əhəmdov

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Elə sovet vaxtında da kifayət qədər azərbaycanlılar var idi ki, Moskvada yaşamaq istəyirdilər. O vaxtlar ciddi problemlər yox idi".

Bu fikirləri Redaktor.az-a iqtisadçı alim, istiqlalçı deputat Vahid Əhmədov son günlər Rusiyada yaşayan azərbaycanlılara qarşı təzyiqlərdən danışarkən bildirdi.

"Amma müstəqillik dövründə müəyyən qədər iş yerlərinin azalması ilə bağlı müəyyən problemlər olduğu üçün bütün müstəqil dövlətlərdə problemlər yaşandı. Bəziləri Rusiyaya, bəziləri Türkiyə və digər dövlətlərə üz tutdular. Bu, adi hal idi, miqrantlar faktiki olaraq gəlirdilər. Bu gün Azərbaycana gələn miqrantlar kifayət qədərdir. Bu, o qədər də ciddi problem deyil. Amma əlbəttə, Azərbaycanın son dövrlərdə əldə etdiyi nailiyyətlər, xüsusilə Qarabağın işğaldan azad edilməsi, iqtisadi inkişaf, dünya bazarlarına inteqrasiya və s. bu həmişə işğalçılıq siyasəti yeridən Rusiya dövləti tərəfindən qəbul edilmirdi. Heç vaxt da qəbul edilmir. Rusiya həmişə öz işğalçı siyasətini həyata keçirmək istəyir", - o qeyd etdi.

Vahid Əhmədov vurğuladı ki,  Azərbaycanın müstəqil siyasət aparmasını Rusiya heç vaxt qəbul etməyib, indi də qəbul etmir.

"Bizim orada işləyən insanlarımızın çoxu Rusiya vətəndaşıdır. Buna baxmayaraq, onlara qarşı qeyri-bərabər davranışlar həyata keçirilir. Bu, ilk dəfə deyil, belə hadisələr çox olub. Ümumiyyətlə, Rusiya özünü SSRİ-nin varisi kimi görür. İstəyir ki, respublikalar onun himayəsi altında olsun. Təyyarə qəzasından sonra özlərinin Müdafiə Nazirliyi qeyd etdi ki, təyyarə göstərişlə vurulub. Nə üzr istəyirlər, nə kompensasiya verirlər".

İstiqlalçı deputatın sözlərinə görə, bu, Rusiyanın siyasətidir.

"Xüsusilə bu hadisələr Türk Dövlətləri Təşkilatı yaranandan sonra, deyərdim ki, daha da özünü qabarıq göstərməyə başladı. İş yerləri olsa idi, bizim vətəndaşlar Rusiyaya getməz, elə Azərbaycanda qalardılar. İş yerlərinin açılması bizim üçün ən vacib məsələlərdən biridir. Son vaxtlar sənaye parkları yaradılıb, işğaldan azad edilmiş ərazilərdə iş yerləri yaradılır, amma bu kifayət deyil. Bu sahəyə daha çox diqqət artırmaq lazımdır", - deyə iqtisadçı alim fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
50
redaktor.az

10Mənbələr