ain.az, Tribuna portalına istinadən məlumat verir.
Rusiya-Azərbaycan arasında fikir ayrılığı hələ strateji qırılma mərhələsinə gəlib çatmasa da, qarşısı alınmazsa, qeyri-sabitliyə gətirib çıxara bilər”.
Tribunainfo.az xəbər verir ki, bu sözlər iranlı ekspert Məsumə Məhəmmədiyə məxsudur.
O qeyd edib ki, 44 günlük müharibədən sonra Bakı indi regional münasibətlərdə daha böyük geosiyasi inamlı görünür. “Azərbaycan Rusiya, Türkiyə və Qərb arasında yeni balans yaratmağa çalışır”.
Ekspert vurğulayıb ki, Qərbin mövcud proseslərdə dolayı və gizli rolu ola bilər. “Son gərginliklərdə ABŞ və ya Avropa Birliyinin birbaşa rol oynadığını iddia etmək mümkün olmasa da, son illərdə Qərbin Azərbaycana siyasi və enerji yönümlü dəstəyi ölkənin Rusiyanın təzyiqləri qarşısında cəsarətini nəzərəçarpacaq dərəcədə artırıb”.
Məhəmmədi onu da deyib ki, Rusiya ilə Azərbaycan arasında artan fikir ayrılığı Cənubi Qafqazın təhlükəsizliyinə təsirlər göstərə bilər.
Fərda Uğur
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.