Kulis.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Lev Tolstoyun böyük qızı Tatyananın rəsmləri və şəxsi əşyaları Rusiyanın Tula vilayətindəki "Yasnaya Polyana" ev muzeyində keçiriləcək sərgidə nümayiş olunacaq.
Kulis.az xəbər verir ki, sərgi böyük qızın və onun nəvəsinin 100 illik mühacirətinə həsr olunub.
Sərginin kuratoru Olesya Voloseviçin sözlərinə görə, "Yasnaya Polyana" və Moskva Dövlət L. N. Tolstoy Muzeyinin kolleksiyalarının birləşdirilməsi sayəsində sərgidə yazıçının qızı haqqında rəssam kimi geniş və əhatəli irs təqdim edilir.
Qeyd edək ki, ziyarətçilər onun müxtəlif dövrlərə aid eskiz dəftərlərini multimedia panellərində fırladıb, hər səhifəsini detallı görmək imkanı əldə edəcəklər.
"Balaca şahzadə"nin müəllifini kim öldürmüşdü? - Məşhur yazıçı haqqında bilmədiklərimiz
Məşhur aktrisa vəfat etdi
Özbəkistanda Azərbaycan muğamı ilə bağlı ustad dərsləri keçirilib
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.